ValteraAlətlər CFO xidməti
  1. Valtera
  2. Alətlər
  3. Vergi sual-cavab
  4. İaşə (restoran, kafe) sadələşdirilmiş vergini neçə faizlə ödəyir? 6% nədir?
Sual-cavab · Sadələşdirilmiş vergi

İaşə (restoran, kafe) sadələşdirilmiş vergini neçə faizlə ödəyir? 6% nədir?

Qısa cavab. Dövriyyəsi 200 000 manatı keçən iaşə obyektləri 8% ödəyir; 2026-cı il yanvarın 1-dən 3 il müddətinə əhaliyə xidmət üzrə POS-terminalla nağdsız ödənişlərə 6% tətbiq olunur.

Yeniləndi:

İzah

İaşə müəssisəsi 200 000 manatlıq həddi keçəndə də sadələşdirilmiş rejimdə qala bilər, amma dərəcə 8% olur. 2026–2028-ci illərdə POS-terminalla alınan nağdsız məbləğə 6% tətbiq edilir, şərti POS-un nəzarət-kassa aparatı ilə vahid sistemdə inteqrasiya olunmasıdır. Əvvəlki tam 12 ayda dövriyyəsi 100 000 manatı keçməyən və rejimdə ən azı 1 il işləyən iaşə subyekti ərizə ilə 2%-ə keçə bilər (hesablamada POS 0,5 əmsalla götürülür).

Nümunə

Rüb üzrə iaşə dövriyyəsi 80 000 ₼, o cümlədən inteqrasiya olunmuş POS ilə 50 000 ₼: 50 000 × 6% + 30 000 × 8% = 3 000 + 2 400 = 5 400 ₼.

Maddələr: VM 218.1.2, 220.1-1 (297-VIIQD), 220

Cavablar 2026-cı il oktyabrın 13-nə qüvvədə olan redaksiyaya əsaslanır və məlumat xarakteri daşıyır. Konkret hal üçün Məcəllənin cari mətnini yoxlayın və ya mütəxəssisə müraciət edin.

Bu mövzuda digər suallar

Bütün suallar →

Hesablamaları biz aparaq

Valtera kiçik və orta şirkətlərin mühasibat və vergi uçotunu aparır, kənar CFO kimi gəlirin artmasına və pul axınına cavabdeh olur.