ValteraAlətlər CFO xidməti
  1. Valtera
  2. Alətlər
  3. Hesablar planı
Məlumat · Mühasibat uçotu

Hesablar planı

Yeni 3 rəqəmli hesablar planı (Maliyyə Nazirliyi, 2017) bütün bölmə, maddə və subhesablarla, köhnə 2 rəqəmli plan (1995) və onların təxmini uyğunluğu. Hesabın kodunu və ya adını yazın, siyahı dərhal süzülsün.

Yeniləndi: Əsas: Maliyyə Nazirliyi Kollegiyasının 30.01.2017-ci il tarixli Q-01 nömrəli qərarı (Qaydalar, bənd 9.5); Maliyyə Nazirliyinin 20.10.1995-ci il tarixli İ-94 nömrəli əmri

Mənbə: Maliyyə Nazirliyi Kollegiyasının 30.01.2017-ci il tarixli Q-01 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların 9.5-ci bəndi. 9 bölmə, 45 maddə, 146 hesab, 161 subhesab. Müəssisə uçot siyasətinə uyğun öz subhesablarını əlavə edə bilər.

1Uzunmüddətli aktivlər

10Qeyri-maddi aktivlər

  • 101Qeyri-maddi aktivlərin dəyəriYazılışlar8
  • 101-1Təcrübə-konstruktor işlərinin dəyəri
  • 101-2Ticarət markalarının dəyəri
  • 101-3Proqram təminatının dəyəri
  • 101-4Patentlərin dəyəri
  • 101-5Müəllif hüquqlarının dəyəri
  • 101-6Lisenziyaların dəyəri
  • 101-7Qudvilin dəyəri
  • 101-8Digər qeyri-maddi aktivlərin dəyəri
  • 102Qeyri-maddi aktivlər üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri17
  • 102-1Qeyri-maddi aktivlər üzrə yığılmış amortizasiya
  • 102-1-1Təcrübə-konstruktor işləri üzrə yığılmış amortizasiya
  • 102-1-2Ticarət markaları üzrə yığılmış amortizasiya
  • 102-1-3Proqram təminatı üzrə yığılmış amortizasiya
  • 102-1-4Patentlər üzrə yığılmış amortizasiya
  • 102-1-5Müəllif hüquqları üzrə yığılmış amortizasiya
  • 102-1-6Lisenziyalar üzrə yığılmış amortizasiya
  • 102-1-7Digər qeyri-maddi aktivlər üzrə yığılmış amortizasiya
  • 102-2Qeyri-maddi aktivlər üzrə qiymətdən düşmə zərərləri
  • 102-2-1Təcrübə-konstruktor işləri üzrə qiymətdən düşmə zərərləri
  • 102-2-2Ticarət markaları üzrə qiymətdən düşmə zərərləri
  • 102-2-3Proqram təminatı üzrə qiymətdən düşmə zərərləri
  • 102-2-4Patentlər üzrə qiymətdən düşmə zərərləri
  • 102-2-5Müəllif hüquqları üzrə qiymətdən düşmə zərərləri
  • 102-2-6Lisenziyalar üzrə qiymətdən düşmə zərərləri
  • 102-2-7Qudvilin qiymətdən düşmə zərərləri
  • 102-2-8Digər qeyri-maddi aktivlər üzrə qiymətdən düşmə zərərləri
  • 103Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması7
  • 103-1Təcrübə-konstruktor işləri ilə bağlı məsrəflərin kapitallaşdırılması
  • 103-2Ticarət markaları ilə bağlı məsrəflərin kapitallaşdırılması
  • 103-3Proqram təminatı ilə bağlı məsrəflərin kapitallaşdırılması
  • 103-4Müəllif hüquqları ilə bağlı məsrəflərin kapitallaşdırılması
  • 103-5Patentlərlə bağlı məsrəflərin kapitallaşdırılması
  • 103-6Lisenziyalarla bağlı məsrəflərin kapitallaşdırılması
  • 103-7Digər qeyri-maddi aktivlər ilə bağlı məsrəflərin kapitallaşdırılması

11Torpaq, tikili və avadanlıqlar

  • 111Torpaq, tikili və avadanlıqların dəyəriYazılışlar5
  • 111-1Torpağın dəyəri
  • 111-2Tikililərin dəyəri
  • 111-3Maşın və avadanlıqların dəyəri
  • 111-4Nəqliyyat vasitələrinin dəyəri
  • 111-5Digər torpaq, tikili və avadanlıqların dəyəri
  • 112Torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləriYazılışlar12
  • 112-1Torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya
  • 112-1-1Torpaq üzrə yığılmış amortizasiya
  • 112-1-2Tikililər üzrə yığılmış amortizasiya
  • 112-1-3Maşın və avadanlıqlar üzrə yığılmış amortizasiya
  • 112-1-4Nəqliyyat vasitələri üzrə yığılmış amortizasiya
  • 112-1-5Digər torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya
  • 112-2Torpaq, tikili və avadanlıqlar üzrə qiymətdəndüşmə zərərləri
  • 112-2-1Torpaq üzrə qiymətdəndüşmə zərərləri
  • 112-2-2Tikililər üzrə qiymətdəndüşmə zərərləri
  • 112-2-3Maşın və avadanlıqlar üzrə qiymətdəndüşmə zərərləri
  • 112-2-4Nəqliyyat vasitələri üzrə qiymətdəndüşmə zərərləri
  • 112-2-5Digər torpaq, tikili və avadanlıqlar üzrə qiymətdəndüşmə zərərləri
  • 113Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması3
  • 113-1Təyinatı üzrə istismar edilməsi üçün əlavə məsrəflər tələb edən torpaq, tikili və avadanlıqlar
  • 113-2Təyinatı üzrə istismara hazır olan torpaq, tikili və avadanlıqlar
  • 113-3Tikilməkdə (istehsalatda) olan torpaq, tikili və avadanlıqlar

12İnvestisiya mülkiyyəti

  • 121İnvestisiya mülkiyyətinin dəyəri2
  • 121-1Torpağın dəyəri
  • 121-2Binaların dəyəri
  • 122İnvestisiya mülkiyyəti üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri5
  • 122-1İnvestisiya mülkiyyəti üzrə yığılmış amortizasiya
  • 122-1-1Binalar üzrə yığılmış amortizasiya
  • 122-2İnvestisiya mülkiyyəti üzrə qiymətdəndüşmə zərərləri
  • 122-2-1Torpaq üzrə qiymətdəndüşmə zərərləri
  • 122-2-2Binalar üzrə qiymətdəndüşmə zərərləri
  • 123İnvestisiya mülkiyyəti ilə bağlı məsrəflərin kapitallaşdırılması2
  • 123-1Torpaqla bağlı məsrəflərin kapitallaşdırılması
  • 123-2Binalarla bağlı məsrəflərin kapitallaşdırılması

13Bioloji aktivlər

  • 131Bioloji aktivlərin dəyəri2
  • 131-1Bitkilərin dəyəri
  • 131-2Heyvanların dəyəri
  • 132Bioloji aktivlər üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri6
  • 132-1Bioloji aktivlər üzrə yığılmış amortizasiya
  • 132-1-1Bitkilər üzrə yığılmış amortizasiya
  • 132-1-2Heyvanlar üzrə yığılmış amortizasiya
  • 132-2Bioloji aktivlər üzrə qiymətdəndüşmə zərərləri
  • 132-2-1Bitkilər üzrə qiymətdəndüşmə zərərləri
  • 132-2-2Heyvanlar üzrə qiymətdəndüşmə zərərləri

14Təbii sərvətlər

  • 141Təbii sərvətlərin (ehtiyatların) dəyəri
  • 142Təbii sərvətlərin (ehtiyatların) tükənməsi

15İştirak payı metodu ilə uçota alınmış investisiyalar

  • 151Asılı müəssisələrə investisiyalar
  • 152Birgə müəssisələrə investisiyalar
  • 153Asılı və birgə müəssisələrə investisiyaların dəyərinin azalmasına görə düzəlişlər2
  • 153-1Asılı müəssisələrə investisiyaların dəyərinin azalmasına görə düzəlişlər
  • 153-2Birgə müəssisələrə investisiyaların dəyərinin azalmasına görə düzəlişlər

16Təxirə salınmış vergi aktivləri

  • 161Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri
  • 162Digər təxirə salınmış vergi aktivləri

17Uzunmüddətli debitor borcları

  • 171Alıcılar və sifarişçilərin uzunmüddətli debitor borcları
  • 172Törəmə (asılı) müəssisələrin uzunmüddətli debitor borcları
  • 173Əsas idarəetmə heyətinin uzunmüddətli debitor borcları
  • 174İcarə üzrə uzunmüddətli debitor borcları2
  • 174-1Maliyyə icarəsi üzrə uzunmüddətli debitor borcları
  • 174-2Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları
  • 175Tikinti müqavilələri üzrə uzunmüddətli debitor borcları
  • 176Faizlər üzrə uzunmüddətli debitor borcları
  • 177Digər uzunmüddətli debitor borcları

18Sair uzunmüddətli maliyyə aktivləri

  • 181Ödənişə qədər saxlanılan uzunmüddətli investisiyalar
  • 182Verilmiş uzunmüddətli borclar
  • 183Digər uzunmüddətli investisiyalar
  • 184Sair uzunmüddətli maliyyə aktivlərinin dəyərinin azalmasına görə düzəlişlər

19Sair uzunmüddətli aktivlər

  • 191Gələcək hesabat dövrlərinin xərcləri4
  • 191-1Satışın maya dəyəri xərcləri üzrə gələcək hesabat dövrlərinin xərcləri
  • 191-2Kommersiya xərcləri üzrə gələcək hesabat dövrlərinin xərcləri
  • 191-3İnzibati xərclər üzrə gələcək hesabat dövrlərinin xərcləri
  • 191-4Maliyyə xərcləri üzrə gələcək hesabat dövrlərinin xərcləri
  • 192Verilmiş uzunmüddətli avanslar
  • 193Digər uzunmüddətli aktivlər

2Qısamüddətli aktivlər

20Ehtiyatlar

  • 201Material ehtiyatlarıYazılışlar3
  • 201-1Xammal
  • 201-2Materiallar
  • 201-3Qablaşdırma materialları
  • 202İstehsalat (iş və xidmət) məsrəfləri5
  • 202-1İstehsalatda (işdə və xidmətdə) istifadə olunmuş xammal və materiallar
  • 202-2İstehsalatla (işlə və xidmətlə) məşğul olan işçi heyəti ilə bağlı məsrəflər
  • 202-3İstehsalatla (işlə və xidmətlə) məşğul olan işçi heyəti ilə bağlı məsrəflərə görə hesabalanılan sosial sığorta ayırmaları
  • 202-4İstehsalat (iş və xidmət) aktivlərinin amortizasiya məsrəfləri
  • 202-5İstehsalatla (işlə və xidmətlə) bağlı sair məsrəflər
  • 203Tikinti müqavilələri üzrə məsrəflər5
  • 203-1Tikintidə istifadə olunmuş xammal və materiallar
  • 203-2Tikinti ilə məşğul olan işçi heyəti ilə bağlı məsrəflər
  • 203-3Tikinti ilə məşğul olan işçi heyəti ilə bağlı məsrəflərə görə hesabalanılan sosial sığorta ayırmaları
  • 203-4Tikintidə istifadə edilən aktivlər üzrə amortizasiya məsrəfləri
  • 203-5Tikinti ilə bağlı sair məsrəflər
  • 204Hazır məhsulYazılışlar2
  • 204-1İstehsaldan alınan hazır məhsul
  • 204-2Kənd təsərrüfatı məhsullarının yığımı üzrə hazır məhsul
  • 205MallarYazılışlar
  • 206Satış məqsədi ilə saxlanılan digər aktivlər
  • 207Digər ehtiyatlar
  • 208Ehtiyatların dəyərinin azalmasına görə düzəlişlər

21Qısamüddətli debitor borcları

  • 211Alıcılar və sifarişçilərin qısamüddətli debitor borclarıYazılışlar
  • 212Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları
  • 213Əsas idarəetmə heyətinin qısamüddətli debitor borcları
  • 214İcarə üzrə qısamüddətli debitor borcları
  • 215Tikinti müqavilələri üzrə qısamüddətli debitor borcları
  • 216Faizlər üzrə qısamüddətli debitor borcları
  • 217Digər qısamüddətli debitor borclarıYazılışlar
  • 218Şübhəli borclar üzrə düzəlişlər

22Pul vəsaitləri və onların ekvivalentləri

  • 221KassaYazılışlar
  • 222Yolda olan pul köçürmələri
  • 223Bank hesablaşma hesablarıYazılışlar
  • 224Tələblərə əsasən açılan digər bank hesabları
  • 225Pul vəsaitlərinin ekvivalentləri

23Sair qısamüddətli maliyyə aktivləri

  • 231Satış məqsədi ilə saxlanılan qısamüddətli investisiyalar
  • 232Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar
  • 233Verilmiş qısamüddətli borclar
  • 234Digər qısamüddətli investisiyalar
  • 235Sair qısamüddətli maliyyə aktivlərinin dəyərinin azalmasına görə düzəlişlər

24Sair qısamüddətli aktivlər

  • 241Əvəzləşdirilən vergilərYazılışlar2
  • 241-1Əvəzləşdirilən əlavə dəyər vergisi
  • 241-2Əvəzləşdirilən aksiz vergisi
  • 242Gələcək hesabat dövrünün xərcləri4
  • 242-1Satışın maya dəyəri xərcləri üzrə gələcək hesabat dövrlərinin xərcləri
  • 242-2Kommersiya xərcləri üzrə gələcək hesabat dövrlərinin xərcləri
  • 242-3İnzibati xərclər üzrə gələcək hesabat dövrlərinin xərcləri
  • 242-4Maliyyə xərcləri üzrə gələcək hesabat dövrlərinin xərcləri
  • 243Verilmiş qısamüddətli avanslarYazılışlar
  • 244Təhtəlhesab məbləğlərYazılışlar
  • 245Digər qısamüddətli aktivlər

3Kapital

30Ödənilmiş nizamnamə (nominal) kapitalı

  • 301Nizamnamə (nominal) kapitalıYazılışlar
  • 302Nizamnamə (nominal) kapitalının ödənilməmiş hissəsi

31Emissiya gəliri

  • 311Emissiya gəliri2
  • 311-1Emissiya gəliri - adi səhmlər
  • 311-2Emissiya gəliri – imtiyazlı səhmlər

32Geri alınmış kapital (səhmlər)

  • 321Geri alınmış kapital (səhmlər)2
  • 321-1Geri alınmış kapital - adi səhmlər
  • 321-2Geri alınmış kapital - imtiyazlı səhmlər

33Kapital ehtiyatları

  • 331Yenidən qiymətləndirilmə üzrə ehtiyat
  • 332Məzənnə fərqləri üzrə ehtiyat
  • 333Qanunvericilik üzrə ehtiyat
  • 334Nizamnamə üzrə ehtiyat
  • 335Digər ehtiyatlar

34Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)

  • 341Hesabat dövründə xalis mənfəət (zərər)Yazılışlar
  • 342Mühasibat uçotu siyasətində dəyişikliklərlə bağlı mənfəət (zərər) üzrə düzəlişlər
  • 343Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)Yazılışlar
  • 344Elan edilmiş dividendlər

4Uzunmüddətli öhdəliklər

40Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər

  • 401Uzunmüddətli bank kreditləri
  • 402İşçilər üçün uzunmüddətli bank kreditləri
  • 403Uzunmüddətli konvertasiya olunan istiqrazlar
  • 404Uzunmüddətli borclar
  • 405Geri alınan məhdud tədavül müddətli imtiyazlı səhmlər (uzunmüddətli)
  • 406Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər
  • 407Törəmə (asılı) müəssisələrə uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər
  • 408Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər

41Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər

  • 411İşdən azad olma ilə bağlı uzunmüddətli müavinətlər və öhdəliklər
  • 412Uzunmüddətli zəmanət öhdəlikləri
  • 413Uzunmüddətli hüquqi öhdəliklər
  • 414Digər uzunmüddətli qiymətləndirilmiş öhdəliklər1
  • 414-1Sığorta müqavilələri üzrə uzunmüddətli öhdəliklər

42Təxirə salınmış vergi öhdəlikləri

  • 421Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri
  • 422Digər təxirə salınmış vergi öhdəliklər

43Uzunmüddətli kreditor borcları

  • 431Malsatan və podratçılara uzunmüddətli kreditor borcları
  • 432Törəmə (asılı) cəmiyyətlərə uzunmüddətli kreditor borcları
  • 433Tikinti müqavilələri üzrə uzunmüddətli kreditor borcları
  • 434Faizlər üzrə uzunmüddətli kreditor borcları
  • 435Digər uzunmüddətli kreditor borcları

44Sair uzunmüddətli öhdəliklər

  • 441Uzunmüddətli pensiya öhdəlikləri
  • 442Gələcək hesabat dövrlərinin gəlirləri2
  • 442-1Əsas əməliyyat gəlirləri üzrə gələcək hesabat dövrlərinin gəlirləri
  • 442-2Maliyyə gəlirləri üzrə gələcək hesabat dövrlərinin gəlirləri
  • 443Alınmış uzunmüddətli avanslar
  • 444Uzunmüddətli məqsədli maliyyələşmələr və daxilolmalar
  • 445Digər uzunmüddətli öhdəliklər

5Qısamüddətli öhdəliklər

50Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər

  • 501Qısamüddətli bank kreditləriYazılışlar1
  • 501-1Bank overdraftı
  • 502İşçilər üçün qısamüddətli bank kreditləri
  • 503Qısamüddətli konvertasiya olunan istiqrazlar
  • 504Qısamüddətli borclar
  • 505Geri alınan məhdud tədavül müddətli imtiyazlı səhmlər (qısamüddətli)
  • 506Törəmə (asılı) müəssisələrə qısamüddətli faiz xərcləri yaradan öhdəliklər
  • 507Digər qısamüddətli faiz xərcləri yaradan öhdəliklər

51Qısamüddətli qiymətləndirilmiş öhdəliklər

  • 511İşdən azad olma ilə bağlı qısamüddətli müavinətlər və öhdəliklər
  • 512Qısamüddətli zəmanət öhdəlikləri
  • 513Qısamüddətli hüquqi öhdəliklər
  • 514Mənfəətdə iştirak planı və müavinət planları
  • 515Digər qısamüddətli qiymətləndirilmiş öhdəliklər1
  • 515-1Sığorta müqavilələri üzrə qısamüddətli öhdəliklər

52Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər

  • 521Vergi öhdəlikləriYazılışlar
  • 522Sosial sığorta və təminat üzrə öhdəliklərYazılışlar
  • 523Digər məcburi ödənişlər üzrə öhdəliklər

53Qısamüddətli kreditor borcları

  • 531Malsatan və podratçılara qısamüddətli kreditor borclarıYazılışlar
  • 532Törəmə (asılı) müəssisələrə qısamüddətli kreditor borcları
  • 533Əməyin ödənişi üzrə işçi heyətinə olan borclarYazılışlar
  • 534Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları
  • 535İcarə üzrə qısamüddətli kreditor borcları2
  • 535-1Maliyyə icarəsi üzrə qısamüddətli kreditor borcları
  • 535-2Əməliyyat icarəsi üzrə qısamüddətli kreditor borcları
  • 536Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları
  • 537Faizlər üzrə qısamüddətli kreditor borcları
  • 538Digər qısamüddətli kreditor borcları

54Sair qısamüddətli öhdəliklər

  • 541Qısamüddətli pensiya öhdəlikləri
  • 542Gələcək hesabat dövrünün gəlirləri2
  • 542-1Əsas əməliyyat gəlirləri üzrə gələcək hesabat dövrünün gəlirləri
  • 542-2Maliyyə gəlirləri üzrə gələcək hesabat dövrünün gəlirləri
  • 543Alınmış qısamüddətli avanslarYazılışlar
  • 544Qısamüddətli məqsədli maliyyələşmələr və daxilolmalar
  • 545Digər qısamüddətli öhdəliklər

6Gəlirlər

60Əsas əməliyyat gəlirləri

  • 601SatışYazılışlar6
  • 601-1Malların satışı
  • 601-2Xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə gəlir
  • 601-3Tikinti müqavilələri üzrə gəlir
  • 601-4Royalti gəliri
  • 601-5Əməliyyat icarəsi üzrə gəlir
  • 601-6Digər əsas əməliyyat gəliri
  • 602Satılmış malların qaytarılması və ucuzlaşdırılması
  • 603Verilmiş güzəştlər

61Sair əməliyyat gəlirləri

  • 611Sair əməliyyat gəlirləriYazılışlar10
  • 611-1Torpaq, tikili, avadanlıqların və digər uzunmüddətli aktivlərin satışından gəlirlər
  • 611-2Yenidən qiymətləndirilmədən gəlirlər
  • 611-3Əvəzsiz olaraq alınmış aktivlər
  • 611-4Cərimələr və digər oxşar ödənişlər
  • 611-5Keçmiş illər üzrə gəlirlər
  • 611-6Ümidsiz borcların bərpası
  • 611-7Silinmiş ehtiyatların bərpası
  • 611-8Məzənnə fərqləri üzrə gəlirlər
  • 611-9Aktivlərin qiymətdən düşməsi, itirilməsi və ya qaytarılmasından imtina olunması hallarında üçüncü tərəfdən gözlənilən kompensasiya
  • 611-10Digər əməliyyat gəlirləri

62Fəaliyyətin dayandırılmasından yaranan gəlirlər

  • 621Fəaliyyətin dayandırılmasından yaranan gəlirlər

63Maliyyə gəlirləri

  • 631Maliyyə gəlirləri5
  • 631-1Faiz gəliri
  • 631-2Qiymətdən düşmüş borclar üzrə faiz gəlirləri
  • 631-3Maliyyə icarəsi üzrə gəlir
  • 631-4Faiz xərcləri yaradan öhdəliklər üzrə məzənnə gəliri
  • 631-5Digər maliyyə gəlirləri

64Fövqəladə gəlirlər

  • 641Fövqəladə gəlirlər

7Xərclər

70Satışın maya dəyəri üzrə xərclər

  • 701Satışın maya dəyəri üzrə xərclərYazılışlar4
  • 701-1İşlərin (xidmətlərin) maya dəyəri üzrə xərclər
  • 701-2Tikinti müqavilələri üzrə maya dəyəri xərcləri
  • 701-3Satılmış malların (hazır məhsulun) balans dəyəri
  • 701-4Sair satışın maya dəyəri xərcləri

71Kommersiya xərcləri

  • 711Kommersiya xərcləriYazılışlar5
  • 711-1Kommersiya xərcləri kimi tanınan xammal və material xərcləri
  • 711-2Kommersiya xərcləri kimi tanınan işçi heyəti üzrə xərclər
  • 711-3Kommersiya xərcləri kimi tanınan işçi heyəti üzrə xərclərə görə hesabalanılan sosial sığorta ayırmaları
  • 711-4Kommersiya xərcləri kimi tanınan aktivlər üzrə amortizasiya xərcləri
  • 711-5Kommersiya xərcləri kimi tanınan digər xərclər

72İnzibati xərclər

  • 721İnzibati xərclərYazılışlar5
  • 721-1İnzibati məqsədlər üçün istifadə olunmuş xammal və material xərcləri
  • 721-2İnzibati işçi heyəti üzrə xərclər
  • 721-3İnzibati işçi heyəti üzrə xərclərə görə hesabalanılan sosial sığorta ayırmaları
  • 721-4İnzibati məqsədlər üçün istifadə olunan aktivlərin amortizasiya xərcləri
  • 721-5İnzibati məqsədlərlə bağlı digər xərclər

73Sair əməliyyat xərcləri

  • 731Sair əməliyyat xərcləriYazılışlar10
  • 731-1Torpaq, tikili, avadanlıqların və digər uzunmüddətli aktivlərin xaricolması üzrə xərclər
  • 731-2Yenidən qiymətləndirilmədən xərclər
  • 731-3Qiymətdən düşmə üzrə xərclər
  • 731-4Cərimələr və digər oxşar ödənişlər
  • 731-5Keçmiş illər üzrə xərclər
  • 731-6Şübhəli və ümidsiz borclar üzrə xərclər
  • 731-7Aktivlərin dəyərinin azalması üzrə düzəlişlər
  • 731-8Məzənnə xərcləri
  • 731-9Əvəzsiz olaraq verilmiş aktivlər
  • 731-10Digər əməliyyat xərcləri

74Fəaliyyətin dayandırılmasından yaranan xərclər

  • 741Fəaliyyətin dayandırılmasından yaranan xərclər

75Maliyyə xərcləri

  • 751Maliyyə xərcləri5
  • 751-1Faiz xərcləri
  • 751-2Konvertasiya olunan istiqrazlar üzrə faiz xərcləri
  • 751-3Maliyyə icarəsi üzrə faiz xərcləri
  • 751-4Faiz xərcləri yaradan öhdəliklər üzrə məzənnə xərcləri
  • 751-5Digər maliyyə xərcləri

76Fövqəladə xərclər

  • 761Fövqəladə xərclər

8Mənfəətlər (zərərlər)

80Ümumi mənfəət (zərər)

81Asılı və birgə müəssisələrin mənfəətlərində (zərərlərində) pay

  • 811Asılı və birgə müəssisələrin mənfəətlərində (zərərlərində) pay

9Mənfəət vergisi

90Mənfəət vergisi

  • 901Cari mənfəət vergisi üzrə xərclərYazılışlar
  • 902Təxirə salınmış mənfəət vergisi üzrə xərclər

Hesablar planı necə qurulub

Yeni planda hər sintetik hesabın kodu üç rəqəmdən ibarətdir. Birinci rəqəm bölməni, ikinci rəqəm maddəni, üçüncü rəqəm maddə daxilində hesabı göstərir. Məsələn, 531: 5 qısamüddətli öhdəliklər, 53 qısamüddətli kreditor borcları, 531 malsatan və podratçılara qısamüddətli kreditor borcları. Subhesablar defislə yazılır: 101-3 proqram təminatının dəyəri.

Plan likvidliyin artması qaydası ilə düzülüb: uzunmüddətli aktivlərdən başlayır, pul vəsaitləri ilə bitən qısamüddətli aktivlərə keçir. Bölmələr 1–5 balans hesablarıdır, 6–9 isə mənfəət və zərər hesabatının hesablarıdır. Yeni planda balansarxası hesab yoxdur.

Ən çox istifadə olunan hesablar

HesabAdıNə üçün
221KassaNağd pul
223Bank hesablaşma hesablarıManat və valyuta hesabları
211Alıcılar və sifarişçilərin qısamüddətli debitor borclarıMüştərilərin borcu
531Malsatan və podratçılara qısamüddətli kreditor borclarıTəchizatçılara borc
533Əməyin ödənişi üzrə işçi heyətinə olan borclarÖdənilməmiş əmək haqqı
521Vergi öhdəlikləriƏDV, gəlir, mənfəət və digər vergilər
522Sosial sığorta və təminat üzrə öhdəliklərDSMF haqları
241Əvəzləşdirilən vergilərƏvəzləşdirilən ƏDV
601SatışƏsas fəaliyyətdən gəlir
701Satışın maya dəyəri üzrə xərclərSatılmış məhsul və malın mayası
721İnzibati xərclərOfis, idarəetmə, əmək haqqı
801Ümumi mənfəət (zərər)Dövrün maliyyə nəticəsi

Köhnə plandan yeniyə keçid

Köhnə 2 rəqəmli plan 1996-dan tətbiq olunurdu. Kommersiya təşkilatları 2008-dən Milli Mühasibat Uçotu Standartlarına əsaslanan 3 rəqəmli plana keçiblər, hazırkı redaksiya 2017-ci ildə Q-01 qərarı ilə təsdiq edilib. Kiçik və orta sahibkarlıq subyektləri üçün 2019-cu il Q-15 Qaydalarındakı plan demək olar ki eynidir.

Köhnə planda satış 46, qısamüddətli bank kreditləri isə 90 nömrəli hesabda uçota alınırdı. Rusiyanın 2000-ci il planında 90 "Satış", 62 "Alıcılarla hesablaşmalar" kimi verilir, bu Azərbaycanın köhnə planı ilə eyni deyil. Köhnə qalıqları köçürərkən hər hesabı qısa və uzunmüddətli hissəyə bölün.

Tez-tez verilən suallar

Yeni hesablar planında neçə hesab var?

Q-01 qərarı ilə təsdiq edilmiş planda 9 bölmə, 45 maddə, 146 üç rəqəmli hesab və 161 subhesab var. Müəssisə uçot siyasətində öz subhesablarını əlavə edə bilər.

Kassa və bank hansı hesablardır?

Kassa 221, bank hesablaşma hesabları 223, yolda olan pul köçürmələri 222, digər xüsusi bank hesabları 224 hesabında uçota alınır.

Əmək haqqı hansı hesabda uçota alınır?

Hesablanmış, lakin ödənilməmiş əmək haqqı 533, DSMF haqları 522, tutulan gəlir vergisi 521 hesabında göstərilir. Xərc tərəfi işçinin işinə görə 202, 711 və ya 721 hesabına yazılır. Hesablamanı əmək haqqı kalkulyatoru ilə yoxlayın.

101 hesab torpaqdırmı?

Xeyr. 101 qeyri-maddi aktivlərin dəyəridir. Torpaq 111 "Torpaq, tikili və avadanlıqların dəyəri" hesabının subhesabında uçota alınır.

Köhnə planla yeni plan arasında rəsmi uyğunluq cədvəli varmı?

Rəsmi cədvəl təsdiq edilməyib. Bu səhifədəki "Köhnədən yeniyə" cədvəli hesabların adına və məzmununa görə tərtib olunub, məlumat xarakterlidir.

Hesablamaları biz aparaq

Valtera kiçik və orta şirkətlərin mühasibat və vergi uçotunu aparır, kənar CFO kimi gəlirin artmasına və pul axınına cavabdeh olur.