Şablonlar necə qurulub
- Sarı xana, mavi rəqəm: siz doldurursunuz. Qara rəqəm: düsturdur, dəyişməyin.
- Hər faylın birinci vərəqi qısa təlimatdır.
- Rəqəmlər nümunədir: şablonun necə işlədiyini görmək üçün. Öz rəqəmlərinizlə əvəz edin.
- Fayllar Excel, Google Sheets və LibreOffice-də açılır. Makro yoxdur.
- Əmək haqqı şablonunda vergi dərəcələri 2026 qaydalarına uyğundur.
Hansı şablondan başlamalı
Şirkətdə maliyyə idarəetməsi yenidirsə, bu ardıcıllığı tövsiyə edirik: əvvəlcə P&L ilə ay-ay mənfəəti görün, sonra 13 həftəlik pul axını ilə kassa kəsirini əvvəlcədən izləyin, daha sonra büdcə və KPI paneli ilə plan-fakt ritmi qurun. Bank krediti və ya investor üçün maliyyə modeli lazımdır.
Tez-tez verilən suallar
Şablonlar pulsuzdurmu?
Bəli, qeydiyyat və e-poçt tələb olunmur. Faylı yükləyin və istifadə edin.
Şablonu Google Sheets-də açmaq olarmı?
Bəli. Google Drive-a yükləyin və Google Sheets ilə açın. Düsturlar və şərti formatlaşdırma işləyir.
Şablonu öz şirkətimə uyğunlaşdıra bilərsinizmi?
Bəli. Valtera kənar CFO xidməti çərçivəsində maliyyə modeli, büdcə və idarəetmə hesabatlarını şirkətinizə uyğun qurur.