ValteraAlətlər CFO xidməti
  1. Valtera
  2. Alətlər
  3. ƏDV kalkulyatoru
Vergilər · ƏDV

ƏDV kalkulyatoru: 18%

Məbləği yazın və istiqaməti seçin: kalkulyator 18% ƏDV-ni üstünə gəlir və ya ƏDV daxil məbləğdən ƏDV-ni ayırır.

Yeniləndi: Əsas: Vergi Məcəlləsi, md. 155, 173, 175
Əməliyyat
₼

Standart dərəcə 18%-dir. İxrac və bəzi əməliyyatlar 0% dərəcə ilə vergiyə cəlb olunur və ya ƏDV-dən azaddır.

ƏDV məbləği
0₼
ƏDV-sizƏDV 18%
  • ƏDV-siz məbləğ—
  • ƏDV (18%)—
  • ƏDV daxil məbləğ—

Düsturlar

ƏDV-ni üstünə gəlmək: ƏDV = məbləğ × 18%; ƏDV daxil = məbləğ × 1,18 ƏDV-ni ayırmaq: ƏDV-siz = məbləğ ÷ 1,18; ƏDV = məbləğ − ƏDV-siz (və ya ƏDV = məbləğ × 18 ÷ 118)

Nümunə: 1 000 ₼ + 18% = 1 180 ₼, ƏDV 180 ₼. ƏDV daxil 1 000 ₼-da isə ƏDV 152,54 ₼, ƏDV-siz məbləğ 847,46 ₼ olur. Tez-tez edilən səhv ƏDV daxil məbləğin 18%-ni götürməkdir: 1 000 × 18% = 180 ₼ düzgün deyil.

Kim ƏDV ödəyicisi olmalıdır

Ardıcıl 12 ayın istənilən ayında vergi tutulan əməliyyatlarının həcmi 200 000 ₼-dan çox olan şəxs ƏDV məqsədləri üçün qeydiyyata alınmalıdır. Həddi keçdiyi aydan sonrakı ayın 10-dək ərizə verilir. Bir müqavilə üzrə məbləğ 200 000 ₼-dan çoxdursa, qeydiyyat əməliyyatdan əvvəl tələb olunur.

2026-dan yenilik: pərakəndə satış və vergi ödəyicisi olmayan şəxslərə xidmətlər üzrə POS-terminal (kart) ilə alınan ödənişlər həddin hesablanmasında 0,5 əmsalı ilə nəzərə alınır. Hədd 200 000 ₼ olaraq qalır, sadəcə kartla dövriyyənin yarısı sayılır. İaşə obyektlərində 2026–2028-ci illərdə POS dövriyyəsinin 50%-i ƏDV-yə cəlb olunan dövriyyədən çıxılır.

Bəyannamə və ödəniş

ƏDV bəyannaməsi aylıq, hesabat ayından sonrakı ayın 20-dək təqdim edilir və vergi həmin müddətdə ödənilir. Son gün istirahət və ya bayram gününə düşərsə, növbəti iş gününə keçir. 2026-cı ilin bütün tarixləri: vergi təqvimi.

Tez-tez verilən suallar

ƏDV daxil məbləğdən ƏDV necə çıxarılır?

Məbləği 1,18-ə bölün, nəticə ƏDV-siz məbləğdir. Fərq ƏDV-dir. Məsələn, 5 900 ₼ ÷ 1,18 = 5 000 ₼, ƏDV 900 ₼.

Azərbaycanda ƏDV dərəcəsi neçə faizdir?

Standart dərəcə 18%-dir. İxrac, beynəlxalq daşımalar və bəzi digər əməliyyatlar 0% dərəcə ilə vergiyə cəlb olunur, bir sıra əməliyyatlar isə ƏDV-dən azaddır.

ƏDV qeydiyyat həddi nə qədərdir?

Ardıcıl 12 ayda 200 000 ₼. 2026-dan pərakəndə satış və əhaliyə xidmətlər üzrə kartla ödənişlər bu həddə 0,5 əmsalı ilə daxil edilir.

ƏDV ödəyicisi olmayanda hansı vergini ödəyirəm?

Dövriyyəsi həddi keçməyən hüquqi şəxs və fərdi sahibkarlar adətən 2% sadələşdirilmiş vergi ödəyir. Hesablamaq üçün: sadələşdirilmiş vergi kalkulyatoru.

Hesablamaları biz aparaq

Valtera kiçik və orta şirkətlərin mühasibat və vergi uçotunu aparır, kənar CFO kimi gəlirin artmasına və pul axınına cavabdeh olur.