ValteraAlətlər CFO xidməti
  1. Valtera
  2. Alətlər
  3. Vergi dərəcələri 2026
Məlumat · 2026

Vergi və sığorta dərəcələri 2026

Mühasibin gündəlik işində lazım olan dərəcələr bir yerdə. Hər bölmənin yanında onu hesablayan kalkulyatorun linki var.

Yeniləndi: Əsas: Vergi Məcəlləsi və sosial sığorta qanunvericiliyi, 2026-cı il redaksiyası
Əmək haqqı

Muzdlu işdən gəlir vergisi

Kalkulyator →
Aylıq əmək haqqıÖzəl, qeyri-neft-qaz 202620272028-dənDövlət və neft-qaz
2 500 ₼-dək3%5%7%14%
2 500–8 000 ₼75 ₼ + 10%125 ₼ + 10%175 ₼ + 10%350 ₼ + 25% (2 500 ₼-dan artıq hissə)
8 000 ₼-dan çox625 ₼ + 14%675 ₼ + 14%725 ₼ + 14%

Faiz həddi aşan hissəyə tətbiq olunur. Əsas iş yerində aylıq əmək haqqı 2 500 ₼-dək olduqda 200 ₼ vergidən azaddır.

Sosial sığorta, işsizlik və tibbi sığorta

HaqqKim ödəyirÖzəl, qeyri-neft-qazDövlət və neft-qaz
DSMFişçi200 ₼-dək 3%; yuxarı hissə 10%3%
DSMFişəgötürən200 ₼-dək 22%; 200–8 000 ₼ 15%; 8 000 ₼-dan yuxarı 11%22%
İşsizlikdən sığortaişçi və işəgötürən0,5% + 0,5%0,5% + 0,5%
İcbari tibbi sığortaişçi və işəgötürən2 500 ₼-dək 2%; yuxarı hissə 0,5% (hər tərəf)8 000 ₼-dək 2%; yuxarı hissə 0,5% (hər tərəf)

Gəlir vergisi güzəştləri (aylıq)

Kalkulyator →
MəbləğKiməMaddə
800 ₼Şəhid ailələri: valideyn, dul arvad (ər), övlad102.1-1
400 ₼Qəhrəmanlar, müharibə ilə əlaqədar əlilliyi olanlar, müharibə veteranları, həlak olmuş döyüşçülərin dul arvadı (əri) və övladları, Çernobıl qəzası iştirakçıları102.2
200 ₼61–100% əlilliyi olanlar, 18 yaşınadək əlilliyi olanlar, onlara qulluq edən valideyn və ya qəyyum102.3
100 ₼Həlak olmuş döyüşçülərin valideynləri, Əfqanıstan döyüşçüləri, məcburi köçkünlər102.4
50 ₼Himayəsində azı 3 nəfər olan ər-arvaddan biri102.5
200 ₼Əsas iş yerində aylıq əmək haqqı 2 500 ₼-dək olan hər işçi102.1.6

Güzəştlər yalnız əsas iş yerində tətbiq olunur. 800, 400, 200 və 100 ₼-dan yalnız ən böyüyü verilir, 50 ₼ və ümumi 200 ₼ ona əlavə olunur.

Vergilər

Şirkət vergiləri

VergiDərəcəQeyd
ƏDV18%Qeydiyyat həddi 12 ayda 200 000 ₼; 2026-dan POS ödənişləri 0,5 əmsalla
Sadələşdirilmiş vergi2%İaşə 8%, iaşədə POS ödənişləri 6% (2026–2028); nağd pul çıxarışı 1%
Mənfəət vergisi20%Zərər 5 il keçirilir
Fərdi sahibkarın gəlir vergisi20%Gəlirdən xərclər çıxılmaqla
Əmlak vergisi (hüquqi şəxs)1%Əsas vəsaitlərin orta illik qalıq dəyərindən
Torpaq vergisi (qeyri-kənd təsərrüfatı, Bakı)10 ₼ / 100 m²10 000 m²-dən çox sahədə 20 ₼; digər ərazilərdə 2–8 ₼

Ödəmə mənbəyində vergilər

ÖdənişDərəcə
Dividend5%
Faiz10%
Royalti və icarə14%
Fiziki şəxsin fiziki şəxsə ödədiyi yaşayış sahəsi icarəsi (2026-dan)10%
Qeyri-rezident şirkətin rezident fiziki şəxsə dividendi (2026-dan)5%

Digər göstəricilər

Göstərici2026
Minimum aylıq əmək haqqı400 ₼
Minimum əmək pensiyası320 ₼
Xəstəlik və analıq müavinətinin aylıq həddi8 000 ₼ (25 × 320 ₼)
Vergi gecikməsinə görə faiz0,1% gündəlik, 1 ilədək
Bəyannaməni gec vermək40 ₼
Amortizasiya normalarıbinalar 7%, avadanlıq 20%, kompüter və nəqliyyat 25%

2026-da dəyişənlər

  • Özəl qeyri-neft-qaz sektorunda 8 000 ₼-dək əmək haqqına 0% gəlir vergisi güzəşti başa çatdı, 3% dərəcə tətbiq olunur.
  • Özəl sektorda icbari tibbi sığortanın 2% həddi 8 000 ₼-dan 2 500 ₼-a endi.
  • 8 000 ₼-dan yuxarı əmək haqqında işəgötürənin DSMF dərəcəsi 15%-dən 11%-ə endi.
  • Xəstəlik müavinəti stajdan asılı olmayaraq 100% ödənilir.
  • Vergi uçotuna vaxtında durmamağa görə sanksiya 40 ₼-dan 200 ₼-a qalxdı.

Ətraflı izah: 2026-da əmək haqqı vergilərində dəyişikliklər. Son tarixlər: vergi təqvimi 2026.

Tez-tez verilən suallar

2026-da minimum əmək haqqı nə qədərdir?

400 ₼. Məbləğ 1 yanvar 2025-dən qüvvədədir və 2026-da dəyişməyib. 2027 üçün artım elan edilib, məbləğ hələ açıqlanmayıb.

Gəlir vergisi 2027 və 2028-də necə olacaq?

Özəl qeyri-neft-qaz sektorunda 2 500 ₼-dək hissə üçün dərəcə 2027-də 5%, 2028-dən 7% olacaq. Yuxarı pillələrdə sabit məbləğlər müvafiq olaraq artır.

Hesablamaları biz aparaq

Valtera kiçik və orta şirkətlərin mühasibat və vergi uçotunu aparır, kənar CFO kimi gəlirin artmasına və pul axınına cavabdeh olur.