ValteraAlətlər CFO xidməti
  1. Valtera
  2. Alətlər
  3. Məzuniyyət pulu kalkulyatoru
Əmək haqqı · Əmək Məcəlləsi

Məzuniyyət pulunun hesablanması

Son 12 ayın qazancını və məzuniyyət günlərini yazın. Kalkulyator orta gündəlik əmək haqqını tapır, məzuniyyət haqqını hesablayır və 2026-cı ilin bayramlarını nəzərə alaraq işə çıxma tarixini göstərir.

Yeniləndi: Əsas: Əmək Məcəlləsi, md. 114, 116, 140, 177
Qazancı necə yazırsınız
₼
Mükafat və əlavələr daxil, birdəfəlik maddi yardım daxil deyil
₼
Məzuniyyətin başladığı aydan əvvəlki 12 ay
ay
12 aydan az işləyibsə, tam işlənmiş aylar
gün
Məzuniyyət hüququ
il
gün
Məsələn, ağır və zərərli iş şəraiti üçün
Bitmə və işə çıxma tarixini hesablamaq üçün (2026)
Məzuniyyət haqqı (gross)
0₼
  • Orta aylıq əmək haqqı—
  • Orta gündəlik (÷ 30,4)—
  • Məzuniyyət günləri—
  • Məzuniyyət haqqı—

Məzuniyyət hüququ

  • Əsas—
  • Staja görə—
  • Uşaqlara görə—
  • Digər—
  • Cəmi hüquq—

Məzuniyyət haqqı necə hesablanır

Əmək Məcəlləsinin 140-cı maddəsinə görə məzuniyyət haqqı məzuniyyətin başladığı aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqı əsasında hesablanır. Orta aylıq məbləğ ayın təqvim günlərinin orta illik sayına, yəni 30,4-ə bölünür və məzuniyyət günlərinin sayına vurulur.

Orta aylıq = son 12 ayın qazancı ÷ 12 Orta gündəlik = orta aylıq ÷ 30,4 Məzuniyyət haqqı = orta gündəlik × məzuniyyət günləri

İşçi 12 aydan az işləyibsə, faktiki işlədiyi tam aylar götürülür. Qismən ödənişli sosial məzuniyyətdə, işçinin istəyi olmadan verilən ödənişsiz məzuniyyətdə və işçinin təqsiri olmadan boş dayanmada keçən aylar ən yaxın tam işlənmiş aylarla əvəz edilir.

Nümunə

İşçinin son 12 ayda qazancı 14 400 ₼-dır, 21 gün məzuniyyətə çıxır.

  1. Orta aylıq: 14 400 ÷ 12 = 1 200 ₼
  2. Orta gündəlik: 1 200 ÷ 30,4 = 39,47 ₼
  3. Məzuniyyət haqqı: 39,47 × 21 = 828,95 ₼

Məzuniyyət haqqından əmək haqqı kimi gəlir vergisi, DSMF, işsizlik və icbari tibbi sığorta haqları tutulur. Əldə qalan məbləği əmək haqqı kalkulyatoru ilə yoxlaya bilərsiniz.

Neçə gün məzuniyyət düşür

NövMüddət
Əsas məzuniyyət (md. 114)ən azı 21 təqvim günü
Ayrı-ayrı kateqoriyalar (md. 114.3)30 təqvim günü
Staj 5–10 il (md. 116)+2 gün
Staj 10–15 il+4 gün
Staj 15 ildən çox+6 gün
14 yaşadək 2 uşağı olan qadın+2 gün
3 və daha çox uşağı və ya əlilliyi olan uşağı olan qadın+5 gün
Ağır və zərərli əmək şəraitiən azı +6 gün

Məzuniyyət dövrünə düşən iş günü olmayan bayram günləri məzuniyyət müddətinə daxil edilmir və ödənilmir, məzuniyyət həmin günlər qədər uzanır. Məsələn, 2 noyabr 2026-dan 21 günlük məzuniyyət 8 və 9 noyabr bayramlarına görə 24 noyabrda bitir, işçi 25 noyabrda işə çıxır. Bütün bayramlar: 2026 istehsalat təqvimi.

Müqayisə qaydası və ödəniş müddəti

Məzuniyyət haqqı işçinin həmin məzuniyyət dövrünə düşən iş günləri üçün alacağı əmək haqqından az olmamalıdır. Az olarsa, böyük məbləğ ödənilir. Məzuniyyət haqqı məzuniyyət başlamazdan ən gec 3 gün əvvəl ödənilməlidir.

Tez-tez verilən suallar

Məzuniyyət pulu hansı aylara görə hesablanır?

Məzuniyyətin başladığı aydan əvvəlki 12 təqvim ayına görə. Məsələn, məzuniyyət noyabrda başlayırsa, ötən ilin noyabrından bu ilin oktyabrına qədər olan qazanc götürülür.

Niyə 30,4-ə bölünür?

30,4 ayın təqvim günlərinin orta illik sayıdır (365 ÷ 12 ≈ 30,4). Bu bölən Əmək Məcəlləsinin 140-cı maddəsində və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin izahında göstərilir.

Orta əmək haqqına hansı ödənişlər daxildir?

Tarif maaşı (vəzifə maaşı), əlavələr və əmək nəticələrinə görə mükafatlar daxil edilir. Birdəfəlik maddi yardım və istifadə edilməmiş məzuniyyətə görə kompensasiya kimi ödənişlər daxil edilmir.

Bayram günləri məzuniyyətə düşəndə nə olur?

İş günü olmayan bayram günləri məzuniyyət günlərinə daxil edilmir, məzuniyyət həmin qədər uzanır. Kalkulyator başlanğıc tarixini yazanda 2026-cı ilin bayramlarını avtomatik nəzərə alır.

İşdən çıxanda istifadə olunmamış məzuniyyət necə ödənilir?

Eyni orta gündəlik əmək haqqı əsasında kompensasiya kimi ödənilir. 18 fevral 2026-dan istifadə edilməmiş əlavə məzuniyyət günləri də kompensasiya olunur. Hesablamaq üçün: işdən çıxma kompensasiyası kalkulyatoru.

Hesablamaları biz aparaq

Valtera kiçik və orta şirkətlərin mühasibat və vergi uçotunu aparır, kənar CFO kimi gəlirin artmasına və pul axınına cavabdeh olur.