Şablonda nə var
- Parametrlər: aylıq sabit xərclər, hədəf marja, ƏDV dərəcəsi.
- 30 məhsul üçün: satış həcmi, xammal və ya alış, əmək, qablaşdırma, çatdırılma, digər dəyişən xərclər.
- Avtomatik: dəyişən maya, sabit xərc payı, tam maya, hədəf qiymət (ƏDV-siz və daxil), faktiki marja, əlavə qiymət, aylıq mənfəət.
- Marjası hədəfdən aşağı olan məhsullar qırmızı ilə seçilir.
Sabit xərclər necə bölünür
Şablon sabit xərcləri məhsullara dəyişən maya × satış həcmi nisbətində bölür. Bu sadə və anlaşılan üsuldur. Məhsullar arasında sabit xərclərdən istifadə çox fərqlidirsə (məsələn, biri xüsusi avadanlıq tələb edir), bölgünü ayrıca təhlil etmək lazımdır.
Qiymət qərarı yalnız tam mayaya görə verilmir. Qısa müddətdə qiymət dəyişən mayadan yuxarıdırsa, satış sabit xərclərin örtülməsinə kömək edir. Bax: zərərsizlik nöqtəsi kalkulyatoru.
Marja və əlavə qiymət fərqi: izah və marja kalkulyatoru.