Şablonda nə var
- Gəlir: satışdan və digər gəlirlər.
- Maya dəyəri və ümumi mənfəət, ümumi marja.
- Əməliyyat xərcləri: əmək haqqı, icarə, kommunal, marketinq, inzibati.
- EBITDA və EBITDA marjası, amortizasiya, faiz xərcləri.
- Mənfəət vergisi (dərəcə dəyişdirilə bilər) və xalis mənfəət.
- İl üzrə cəmi və hər maddənin gəlirdəki payı.
Necə istifadə etməli
- Hər ayın sonunda mühasibat məlumatlarından gəlir və xərcləri sarı xanalara köçürün.
- Bütün məbləğləri ƏDV-siz yazın.
- Sadələşdirilmiş vergi ödəyicisisinizsə, mənfəət vergisi dərəcəsini 0% edin və sadələşdirilmiş vergini "İnzibati və digər" sətrinə yazın.
- Marjaların ay-ay necə dəyişdiyinə baxın: marja düşürsə, səbəbi qiymət, maya və ya xərc strukturundadır.
Mənfəət pul deyil. Mənfəət olsa da pul çatmaya bilər: bunu görmək üçün 13 həftəlik pul axını proqnozu ilə birlikdə istifadə edin.
Marjanı məhsullar üzrə hesablamaq üçün maya dəyəri şablonu, mənfəət vergisini hesablamaq üçün mənfəət vergisi kalkulyatoru.