ValteraAlətlər CFO xidməti
  1. Valtera
  2. Alətlər
  3. Məzuniyyət kompensasiyası
Əmək haqqı · Son haqq-hesab

İstifadə edilməmiş məzuniyyət kompensasiyası

İşdən çıxan işçiyə istifadə etmədiyi bütün məzuniyyət günləri üçün kompensasiya ödənilir. Cari iş ilində qazanılan günləri, əvvəlki illərin qalığını və kompensasiyanın məbləğini hesablayın.

Yeniləndi: Əsas: Əmək Məcəlləsi, md. 143, 144; Konstitusiya Məhkəməsi Plenumunun 18.02.2026 tarixli qərarı
₼
Məzuniyyət haqqı hesablanan ödənişlər
ay
gün
Əsas + əlavə günlər (staj, uşaqlar, iş şəraiti)
Cari iş ili üzrə günlər
ay
gün
gün
İstifadə edilməmiş tam iş illəri üzrə

Orta gündəlik əmək haqqı: son 12 ayın qazancı ÷ 12 ÷ 30,4. Natamam iş ili üçün günlərin sayılma qaydası qanunda dəqiq göstərilməyib. Praktikada iki üsul işlənir: illik günlər ÷ 12 × işlənmiş aylar və ya illik günlər ÷ 365 × təqvim günləri.

Kompensasiya (gross)
0₼
  • Cari iş ilində qazanılan günlər—
  • Kompensasiya olunan günlər—
  • Orta aylıq qazanc—
  • Orta gündəlik (÷ 30,4)—
  • Kompensasiya—

Kompensasiya əmək haqqı kimi vergiyə cəlb olunur: gəlir vergisi, DSMF, işsizlik və tibbi sığorta haqları son ayın əmək haqqı ilə birlikdə hesablanır. Netti əmək haqqı kalkulyatoru ilə yoxlayın.

Kompensasiya nə vaxt ödənilir

Əmək müqaviləsinə xitam verildikdə, xitamın əsasından asılı olmayaraq, işçiyə istifadə etmədiyi bütün iş illəri üçün məzuniyyətə görə kompensasiya ödənilir (ƏM 144). İşçi istəsə, kompensasiya əvəzinə məzuniyyət götürüb məzuniyyətin son günü işdən çıxa bilər (ƏM 143).

Konstitusiya Məhkəməsinin 18.02.2026 tarixli qərarından sonra əlavə məzuniyyət günləri (staj, uşaqlar, iş şəraiti, işğaldan azad edilmiş ərazilər) də bütün iş illəri üzrə kompensasiya olunur.

Nümunə

İşçinin son 12 ayda qazancı 18 000 ₼, illik məzuniyyət hüququ 21 gündür. Cari iş ilində 5 tam ay işləyib və məzuniyyətdən istifadə etməyib. Qazanılan günlər: 21 ÷ 12 × 5 = 8,75 gün. Orta gündəlik: 18 000 ÷ 12 ÷ 30,4 = 49,34 ₼. Kompensasiya: 49,34 × 8,75 ≈ 431,74 ₼.

Əvvəlki illərdən istifadə edilməmiş günlər varsa, onları "əvvəlki illərdən qalan günlər" sahəsinə yazın. Son haqq-hesabın digər hissələri (işdən çıxma müavinəti, xəbərdarlıq ödənişi): işdən çıxma kalkulyatoru. Xitam əmri: nümunə.

Tez-tez verilən suallar

Əlavə məzuniyyət günləri də kompensasiya olunurmu?

Bəli. 18.02.2026-dan sonra əlavə məzuniyyət günləri də bütün iş illəri üzrə kompensasiya olunur.

Kompensasiyadan vergi tutulurmu?

Bəli. Kompensasiya əmək haqqı kimi gəlir vergisinə, DSMF, işsizlik və tibbi sığorta haqlarına cəlb olunur.

Natamam iş ili üçün günlər necə hesablanır?

Qanunda dəqiq düstur yoxdur. Ən çox işlənən üsul: illik günlər ÷ 12 × işlənmiş aylar. Kalkulyatorda təqvim günləri ilə üsul da var.

Hesablamaları biz aparaq

Valtera kiçik və orta şirkətlərin mühasibat və vergi uçotunu aparır, kənar CFO kimi gəlirin artmasına və pul axınına cavabdeh olur.