ValteraAlətlər CFO xidməti
  1. Valtera
  2. Alətlər
  3. İşəgötürənin xərci
Əmək haqqı · İşəgötürən

İşçinin işəgötürənə ümumi xərci

Hesablanmış əmək haqqını yazın: kalkulyator işəgötürənin ödədiyi bütün haqları əlavə edir və işçinin şirkətə ayda və ildə neçəyə başa gəldiyini göstərir.

Yeniləndi: Əsas: "Sosial sığorta haqqında" Qanun, md. 14.4; "İşsizlikdən sığorta haqqında" və "Tibbi sığorta haqqında" qanunlar
₼
Sektor
%
İstəyə görə. Tarif peşə riskindən asılıdır: qulluqçular üçün təxminən 0,2–0,5%, fəhlələr üçün 0,4–2%.

İşəgötürən əmək haqqının üstünə DSMF (özəl sektorda 200 ₼-dək 22%, 200–8 000 ₼ arası 15%, yuxarı hissəyə 11%), işsizlikdən sığorta (0,5%) və icbari tibbi sığorta haqqı ödəyir. Bu haqlar işçinin maaşından tutulmur.

İşəgötürənə aylıq xərc
0₼
İşçinin əlinəİşçidən tutulanİşəgötürənin haqları

İşəgötürən ödəyir

  • Əmək haqqı—
  • DSMF (işəgötürən)—
  • İşsizlikdən sığorta—
  • İcbari tibbi sığorta—
  • Bədbəxt hadisələrdən sığorta—
  • Cəmi aylıq xərc—

Xülasə

  • İşçinin əlinə çatan—
  • Maaşın üstünə əlavə—
  • İşçinin əlinə 1 ₼ üçün xərc—
  • İllik xərc—

İşçi şirkətə neçəyə başa gəlir

İşəgötürən hesablanmış əmək haqqından əlavə öz hesabına üç məcburi haqq ödəyir: DSMF, işsizlikdən sığorta və icbari tibbi sığorta. İşçinin maaşından da gəlir vergisi və sığorta haqları tutulur, ona görə işçinin əlinə çatan məbləğ ilə şirkətin xərci arasında fərq böyükdür.

Grossİşəgötürənin haqlarıAylıq xərcİllik xərcİşçinin əlinə
1 000189,001 189,0014 268,00865,00
1 500276,501 776,5021 318,001 287,50
10 0001 571,5011 571,50138 858,007 971,50

Özəl sektor, əsas iş yeri, 2026. Dövlət və neft-qaz sektorunda işəgötürənin DSMF dərəcəsi bütün məbləğə 22%-dir: 1 500 ₼ maaşda xərc 1 867,50 ₼ olur.

Bədbəxt hadisələrdən icbari sığorta

İşəgötürən işçiləri istehsalatda bədbəxt hadisələr və peşə xəstəliklərindən sığorta etdirməlidir. Haqq sığorta şirkəti ilə müqavilə ilə ödənilir: illik əmək haqqı fondu × tarif. Tarif peşə riski dərəcəsindən asılıdır və 2%-dən çox ola bilməz. Kalkulyatorda bu xərc istəyə görə əlavə olunur.

Əlinə çatmalı məbləğdən başlamaq üçün: net-dən gross-a kalkulyatoru. Bütün işçilər üçün aylıq cədvəl: tabel və əmək haqqı şablonu.

Tez-tez verilən suallar

1 500 manat maaşlı işçi şirkətə neçəyə başa gəlir?

2026-da özəl sektorda ayda 1 776,50 ₼: maaş 1 500 ₼, DSMF 239 ₼, işsizlikdən sığorta 7,50 ₼, tibbi sığorta 30 ₼. İldə 21 318 ₼.

İşəgötürənin DSMF haqqı 2027-də dəyişirmi?

15 oktyabr 2026 vəziyyətinə dəyişiklik qəbul edilməyib. 2027-dən yalnız gəlir vergisinin aşağı dərəcəsi artır, bu işçinin netini azaldır.

Hesablamaları biz aparaq

Valtera kiçik və orta şirkətlərin mühasibat və vergi uçotunu aparır, kənar CFO kimi gəlirin artmasına və pul axınına cavabdeh olur.